Hakan Çalhanoğlu gələcəyi ilə bağlı yekun qərarı verib

Son günlərdə adı "Bavariya" ilə hallanan Hakan Çalhanoğlu suallar aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, türkiyəli futbolçu sosial media hesabından etdiyi paylaşımda "İnter"də qalacağını açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi İnstagramda hesabında ""İnter"də çox xoşbəxtəm. Gələcəkdə bu klubla daha çox kuboklar qazanmaq perspektivi məni həyəcanlandırır" ifadələrini işlədib.

Qeyd edək ki, Hakan ötən mövsüm Seria A çempionluğu yaşadığı "İnter"də 40 oyunda 15 qol vurub, 3 asist edib.