Hakan Çalhanoğlu: Ümid edirəm ki, Lautaro "Qızıl top"u qazanacaq

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu hücumçu Lautaro Martinezin "Qızıl top"a layiq olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Sportline.az xəbər verir ki, türkiyəli futbolçu Sky Sport İtalia-ya verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Buna ümid edirəm.Biz hamımız onu dəstəkləyirik. O, müqavilənin uzadılmasına layiq idi. Lautaro-kapitandır, o, komanda yoldaşları ilə necə davranmalı olduğunu bilir, çoxlu qol vurur. Onun adına çox xoşbəxtəm və ümid edirəm ki, "Qızıl top"u qazanacaq. Mövsümün sonunda hər şeyi qazansaq, şad olaram" deyə 30 yaşlı yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, Lautaro ötən mövsüm "İnter"in heyətində 44 oyunda 27 qol vurub, 7 asist edib. "Nerazzuri" mövsümün sonunda İtaliya A seriyasının qalibi olub.