Hakimlərimiz İtaliya millisinin oyununda
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya görüşündə baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.
Dördüncü hakim Kamal Umudlu olacaq.
Qeyd edək ki, oyun iyunun 6-da keçiriləcək.