Həbib Nurməhəmmədov: "Bunun heç bir mənası yoxdur"
UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov karyerasını bərpa etmək niyyətində deyil.
Sportline.az xəbər verir ki, o, "PBD Podcast"a müsahibəsində bununla bağlı belə deyib: "Mənim gedişimin ilk səbəbi anamın istəyi ilə bağlıdır. Qayıdış haqqında isə düşünmürəm. Məncə, bunun heç bir mənası yoxdur. Əlbəttə bunu istəyən adamları da anlayıram. Onlar filmlərdəki kimi dram səhnələrini görmək istəyirlər. Amma, mən qərarımda qətiyəm".
Qeyd edək ki, UFC-nin məğlubedilməz çempionu karyerasını 2020-ci ilin 24 oktyabrında başa vurub.