Həbib Nurməhəmmədov əlbəyaxa oldu

Qarışıq döyüş növləri üzrə məşhur idmançı Həbib Nurməhəmmədov amerikalı həmkarı Neyt Diasla əlbəyaxa olub.

Sportline.az  xəbər verir ki, hadisə "UFC 239" turniri keçirilən məkanda, tamaşaçı tribunasında baş verib.

Mübahisə amerikalının Nurməhəmmədovun və onun komandasının əyləşdiyi sektora yaxınlaşmasından sonra başlayıb. Onlar əvvəlcə söz savaşına çıxıb, daha sonra isə qollarına güc veriblər.

Qeyd edək ki, Neyt Dias 2016-cı ildən döyüşlərdə iştirak etmir. O, rinqə bu ilin avqustunda qayıtmalıdır. Onun rəqibi Entonu Pettis olacaq.