Həbib Nurməhəmmədov etiraf etdi
UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov son döyüşü ilə bağlı xatirələrini bölüşüb.
Sportline.az xəbər verir ki, dağıstanlı idmançı Gorilla Fighting nəşrinə açıqlamasında amerikalı Castin Geyci ilə döyüşü ərəfəsində maraqlı məqamlarla üzləşdiyini deyib: "Geyci ilə döyüşün özü elə də yadıma düşmür. Amma, hazırlıq zamanı yaşadıqlarımı unutmuram. Həmin vaxtkı qədər bəlkə də heç vaxt belə çox zədəm olmamışdı. Barmağımı da sındırdım. 8 gün xəstəxanada da qalmalı oldum".
Qeyd edək ki, Nurməhəmmədov MMA karyerası ərzində keçirdiyi 29 döyüşün hamısını qələbə ilə başa vurub.
O, karyerasını UFC-də yüngül çəkinin çempionu kimi bitirmişdi.