Holand rekord maaş alacaq?

“Borussiya”nın futbolçusu Erling Haalandın meneceri Mina Raiola futbolçu üçün rekord maaş tələbi irəli sürüb.

Sportline.az “Daily Mirror”a istinadən xəbər verir ki, o, 20 yaşlı hücumçuya həftəlik 1 milyon sterlinq ödənilməsini istəyir. Menecer norveçli oyunçunun dünyanın ən çox maaş alan futbolçusu olmağını planlaşdırır.

Haalandın satış dəyəri isə 180 milyon avrodur. “Mançester Siti”, “Real”, “Barselona”, PSJ, “Çelsi” kimi klublar onu heyətinə qatmaq üçün mübarizə aparır.

Qeyd edək ki, Haaland bu mövsüm bütün turnirlərdə 34 matçda 33 qol vurub və 10 qolun ötürməsini verib.