Holann "Mançester Siti" ilə müqavilə bağladı
"Mançester Siti" Erlinq Holannın transferini tamamlayıb.
Sportline.az xəbər verir ki, Norveç millisinin hücumçusu ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Mançesterlilərin bu transfer üçün Dortmund "Borussiya"sına 75 milyon Avro ödədiyi bildirilir.
Qeyd edək ki, Holann 2020-ci ildən "Borussiya"nın şərəfini qoruyurdu. O, dortmundluların heyətində keçirdiyi 89 oyunda rəqib qapılarına 86 qol vurub.

