I Liqaya çıxacaq komanda müəyyənləşir

Bu gün I Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab görüşü keçiriləcək. 

Sportline.az xəbər verir ki, “Araz Saatlı” və “Cəbrayıl” komandaları həlledici matça çıxacaqlar. 

Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək cavab matçı Tural Qurbanov idarə edəcək. 

Qeyd edək ki, ilk oyunda "Cəbrayıl" rəqibini 2:0 hesabı ilə üstələyib.

15 iyun

17:30. “Araz Saatlı” – “Cəbrayıl”
Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Teymur Teymurov, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Saatlı OİK stadionu