İaqo Aspas "Selta"da 500-cü oyununa çıxıb

La Liqanın 7-ci turunda keçirilən "Selta Viqo" - "Atletiko" matçı meydan sahiblərinin futbolçusu İaqo Aspas üçün əlamətdar olub.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 37 yaşlı futbolçu "Selta" forması ilə 500-cü oyununu keçirib.

Bu, klub tarixində 2-ci nəticədir. 1-ci sırada 533 oyuna çıxan Manolo qərarlaşır.

Qeyd edək ki, Balaidos stadionunda keçirilən görüş qonaqların 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. "Atletiko" 15 xalla 3-cü, "Selta Viqo" 9 xalla 10-cu sıradadır.