İbrahimoviç "Roma" ilə oyunadək hazır olacaq

Mayda məşqdə zədələnən Zlatan İbrahimoviçin geri dönəcəyi vaxt müəyyənləşib.

Sportline.az xəbər verir ki, isveçli futbolçu iyunun 28-i İtaliya A Seriyasında "Roma" ilə keçiriləcək oyuna hazır olacaq.

38 yaşlı hücumçunun "qırmızı-qaralar"la müqaviləsi iyunun 30-da bitəcək. İbrahimoviç qış fasiləsində qoşulduğu "Milan"da 10 oyun keçirib və 4 qol vurub.

Banner