İdmançılarımız ən yaxşılar arasında

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar.

Azərbaycan Milli Karate Federasiyasının Sportline.az-a verdiyi məlumata görə, bununla da Azərbaycan karateçiləri növbəti dəfə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar.

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi nüfuzlu mükafat hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur. İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.