İkardi "Qalatasaray"dan ayrıldı
“Qalatasaray” argenitalı ulduzu Mauro İkardi ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli hücumçuya komandaya verdiyi töhfələrə görə təşəkkür edib.
Qeyd edək ki, İkardinin Türkiyə karyerası təkcə vurduğu qollarla deyil, həm də qazandığı kuboklarla yadda qaldı. Sarı-qırmızılı forma ilə 4 mövsüm keçirən 33 yaşlı ulduz bu müddət ərzində komandanın əsas hərəkətverici qüvvəsinə çevrilmişdi.