İngiltərə millisinin qapıçısı Trafford "Nyukasl"a keçə bilər
"Börnli"nin və İngiltərə millisinin 21 yaşlı qapıçısı Ceyms Trafford "Nyukasl Yunayted"ə keçə bilər.
Sportline.az xəbər verir ki, bu barədə Fabrisio Romano "X" hesabından məlumat yayıb.
Gənc qapıçı 2023-cü ildə "Mançester Siti"dən "Börnli"yə 15 milyon avro qarşılığında transfer olubun.
Trafford bu mövsüm Premyer Liqada 28 oyunda komandasının qapısını qoruyub.
Qeyd edək ki, "Börnli" liqanı 19-cu pillədə tamamlayaraq Çempionşipə yuvarlanıb