"İnter" argentinalı ulduzla yeni müqavilə imzalayacaq
Lautaro Martinez karyerasını "İnter"də davam etdirəcək.
Sportline.az Sports.ru-ya istinadla xəbər verir ki, hücumçu "neradzurri"nin müqaviləni 2029-cu ilə qədər uzatmaq təklifini qəbul edib.
Lautaronun yeni maaşı 9 milyon avro və bonuslar olacaq.
Qeyd edək ki, Martinez 2018-cu ildə "Rasinq"dən "İnter"ə 25 milyon avro qarşılığında transfer olunub.Təcrübəli futbolçu İtaliya klubu ilə çıxdığı 282 oyunda 129 qol vurub, 43 asistlə yadda qalıb.