"İnter" müdafiəçisi ilə müqavilə uzatmaq istəyir

"İnter"in müdafiəçisi Denzel Dumfris Milan klubunda çıxış etməyə davam edəcək.

Sportline.az Tuttosport-a istinadla xəbər verir ki, klub rəhbərliyi 28 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək.

Gələn həftə transfer pəncərəsi bağlandıqdan sonra oyunçu ilə danışıqlara başlanacaq.

Qeyd edək ki, ötən mövsüm 36 oyuna çıxan niderlandlı müdafiəçi bu görüşlərdə 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Dumfrisin hazırki müqaviləsi 2025-ci ilə qədərdir.

Banner