"İnter" niderlandlı oyunçu ilə müqavilə yeniləyəcək

"İnter" müdafiəçisi Denzel Dumfrislə yeni müqavilənin bağlanması barədə razılığa gəlib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2028-ci ilə qədər anlaşma əldə edilib.Rəsmi müqavilənin yaxın günlərdə imzalanağı gözlənilir.

Dumfris 2021-ci ildə PSV-dən "İnter"ə transfer olunub. Bu mövsüm İtaliya klubu ilə 5 oyuna çıxan futbolçu aktivinə 1 qol yazdırıb. 

Qeyd edək ki, Dumfrisin Transfermarkt portalında transfer dəyəri 24 milyon avrodur.