"İnter"də yeni müqavilə

"İnter"in ulduz futbolçusu Lautaro Martinez komanda ilə yeni müqaviləni uzadıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, argentinalı hücumçu daha 5 il İtaliya klubunun formasını geyinəcək.

Lautaro 2018-ci ildə "Rasinq"dən "İnter"ə 23 milyon avro qarşılığında transfer olunub. Ötən mövsüm o, komandası ilə çıxdığı 42 oyunda 26 qol vurub, 6 asist edib. Transfermark portalında oyunçunun transfer dəyəri 110 milyon avrodur. 

Qeyd edək ki, İnterlə 2 dəfə A Seriyasının qalibi olan Lautaro, 2022-ci ildə Argentinanın heyətində Dünya Kubokunu qazanıb.