"İnter"in futbolçusu İtaliyada ilin yarımmüdafiəçisi seçilib
İnterin türkiyəli futbolçusu Hakan Çalhanoğlu Seria A tərəfindən mükafatlandırılıb.
Sportline.az xəbər verir ki, 30 yaşlı futbolçu İtaliyada ilin ən yaxşı yarımmüdafiəçisi seçilib.
Hakan Çalhanoğlu bu mövsüm "Nerazzuri" ilə çıxdığı 39 oyunda 15 qol vurub, 3 asist edib.
Türkiyə millisinin üzvü 2021-ci ildən İnterdə forma geyinir.
Qeyd edək ki, çempionluğunu təmin edən İnterin A Seriyasında 37 oyundan sonra 93 xalı var.