"İnter"in futbolçusu sıradan çıxıb
"İnter" müdafiəçi Stefan de Vreyin zədələndiyini açıqlayıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı futbolçunun sol bud nahiyəsində əzələ narahatlığı yaranıb.
Oyunçunun gələn həftə təkrar müayinədən keçəcəyi bildirilib.
Ötən mövsüm İtaliya klubunun heyətində 33 oyuna çıxan De Vrey 1 qolla yadda qalıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi AVRO 2024-də 6 oyunda Niderland millisinin şərəfini qoruyub.