"İnter"in futbolçusu zədələnib

"İnter" zədələnən Barella haqqında məlumat yayıb.

Sportline.az İtaliya klubunun rəsmi hesabına istinadla xəbər verir ki, Nikolo Barella bu gün kliniki müayinədən keçib.27 yaşlı futbolçunun sağ budunun düz əzələsində dartılma aşkar edilib. Onun vəziyyəti gələn həftə yenidən qiymətləndiriləcək.

Barellanın oktyabrın ortalarında beynəlxalq fasilədən sonra qayıdacağı gözlənilir.Yarımmüdafiəçi bu müddət ərzində ən azı 3 matçı buraxacaq: "Udinese", "Torino" (İtaliya A Seriyası), "Srvena Zvezda" (ÇL).

Qeyd edək ki, Barella bu mövsüm meydana çıxdığı 5 oyunda 1 qol və 1 asistlə yadda qalıb.