"İnter"in yeni mövsüm üçün səfər forması

İtaliya "İnter"inin 2024/2025 mövsümü üçün səfər forması təqdim olunub.

Sportline.az klunun rəsmi hesabına istinadla xəbər verir ki, yeni səfər qiyafəsi şəhərin memarlığından götürülmüş rəngləri Milanın yüksək modasının incə zərifliyi ilə birləşdirir: 70-ci illərdən stilistlər tərəfindən istifadə edilən və köynəklərdə görünən boz palitrası qotika estetikasından və sənaye üslubundan ilham alır.

Köynək dərini təravətli, yüngül və quru saxlamaq üçün nəzərdə tutulmuş Nike-ın innovativ parça olan Dri-FIT ADV-dən hazırlanıb.

Qeyd edək ki, "İnter" yeni formalar ilə ilk matçına avqustun 11-də "Çelsi" ilə yoldaşlıq oyununda çıxacaq.