İqor Armaş: “Azərbaycan daha istəkli idi”
“Baxmayaraq ki, yoldaşlıq görüşü idi, oyun çox gərgin kençdi”. SportLine.az xəbər verir ki, bu sözləri Moldova millisinin kapitanı İqor Armaş Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra deyib. Meydanda sərt mübarizənin olduğunu bildirən Armaş, rəqibin daha istəkli olduğunu qeyd edib: “Rəqib qələbəyə daha istəkli idi. Bunun nəticəsində də qalib gəldilər. Azərbaycan millisinə uğurlar arzu edirəm”.