İranda Ronaldonun toxunduğu əşyalar satışa çıxarılıb

İranda onlayn platformalarda “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun toxunduğu iddia edilən əşyalar satılır.

Sportline.az xəbər verir ki, məhsullara qarpız, salfetlər və xalça sapı daxildir.

Hücumçu Asiya Çempionlar Liqasının qrup turnirində iştirak etmək üçün klubla birlikdə Tehrana gəlib.

"Əl-Nəsr" sentyabrın 19-da yerli “Persepolis” klubu ilə görüşəcək.