İsko "Real Betis"də qalacaq

 “Real Betis” komandanın aparıcı futbolçularından biri olan İsko ilə müqaviləni yeniləməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, Sevilya təmsilçisi 33 yaşlı yarımmüdafiəçi ilə yolları ayırmaq fikrində deyil.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Yeni sözləşmənin ən azı 2028-ci ilə qədər uzadılması planlaşdırılır.

Razılaşma həyata keçəcəyi təqdirdə, İsko komanda yoldaşı Antoni ilə birlikdə klubun ən çox qazanan futbolçuları sırasında yer alacaq.