İslamiadanın maskotuna ad verildi

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının maskotunun adı açıqlanıb.

Sportline.az xəbər verir ki, 5 namizəd arasında ən çox səs toplayan ad - "Balaban" olub.

Qeyd edək ki, İslamiadaya 5 avqustda velosiped yarışları ilə start veriləcək.

Mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.