Qriqorçuk istefa məsələsinə münasibətini bildirdi

“İstefa məsələsinə şərhim yoxdur. Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi".

SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 17-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Ukraynalı mütəxəsis bu oyunu qarşıdakı günlərdə təhlil edəcəyini vurğulayıb:

"Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.

Banner