İsveçdən ruslara sanksiya
İsveçdə 17 yaşadək futbolçular arasında 2024-cü ildə keçiriləcək Avropa çempionatının final hissəsinin təşkilatçıları Rusiya qadınlardan ibarət milli komandasının turnirdə iştirakına icazə verməyəcək.
Sportline.az xəbər verir ki, bəyanatda deyilir ki, "federasiya idarə heyətinin fikrincə, İsveç millisi (böyüklər və gənclər) hələ də nə İsveçdə, nə də xaricdə Rusiyaya qarşı oyun keçirməməlidir".
Təşkilat Rusiya və Belarus idmançılarının Ukraynadakı münaqişə bitənə qədər beynəlxalq yarışlara buraxılmaması mövqeyini tam dəstəklədiklərini vurğulayıb.