İtaliya A Seriyası: "Milan" "Leççe"yə qarşı

İtaliya A Seriyasında 6-cı tur bu gün keçiriləcək bir oyunla start götürəcək.

Sportline.az xəbər verir ki, həftənin açılış oyununda "Milan" "Leççe"ni qəbul edəcək.

Oyun qabağı meydan sahiblərinin heyətində ciddi itkilər var. İsmail Bennaser, Davide Kalabria, Alessandro Florenzi, Noa Okafor, Marko Sportiello, Malik Tiav və Alvaro Morata zədə üzündən bu görüşü buraxacaq.

Qonaqlarda isə Frederik Quilbert və Mohammed Kaba oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, San Siro stadionunda baş tutacaq görüş saat 22:45-də başlayacaq.