İtaliya A Seriyası: "Parma" "Kalyari"yə qarşı

İtaliya A Seriyasında 6-cı turun son oyununda "Parma" və "Kalyari" klubları üz üzə gələcəklər.

Sportline.az xəbər verir ki, oyun qabağı hər iki komandanın heyətlərində itkilər var.

Meydan sahibi "Parma" bu görüşdə Adrian Beneciak, Meteo Kancelyeri və Alessandro Cirçatinin xidmətindən istifadə edə bilməyəcək.

Qonaq "Kalyari"nin heyətində isə Yakub Yantko, Lapadula, Pavoletti və Pratinin adı zədəli oyunçular sırasındadır.

Qeyd edək ki, "Ennio Tardini" stadionunda keçiriləcək matç saat 22:45-də başlayacaq.