İtaliya A Seriyasında bu gün

İtaliya A Seriyasında 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, bu gün 2 oyun keçiriləcək.

İlk oyunda "Kalyari" "Empoli" ilə qarşılaşacaq. "Unipol Domus" stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq.

Günün ikinci oyununda "Verona" ilə "Torino" komandaları münasibətləri aydınlaşdıracaqlar. Verona şəhərində baş tutacaq matçın start fiti 22:45-də səslənəcək.

Qeyd edək ki, 4 turdan sonra yarış cədvəlinə 10 xalla "Udinese" başçılıq edir. İkinci sıradakı "Napoli'nin aktivində 9 xal var. İlk üçlüyü 8 xalla "İnter" qapıyır.