İtaliya derbisində 15 nəfər yaralanıb

İtaliya kubokunun 1/16 final mərhələsində "Cenoa" ilə "Sampdoriya" Genuya derbisində üz üzə gəliblər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki,  "Sampdoriya'nın qələbəsi  ilə yekunlaşan matçın ardından azarkeşlər arasında gərginlik yaşanıb.

İki komanda azarkeşlərinin iştirak etdiyi davada 15 nəfər yaralanıb.

Xəbərdə bildirilir ki, azarkeşlər polisə də hücum  ediblər.

Qeyd edək ki, hadisələrdə sonra 2 nəfər polis tərəfindən saxlanılıb.