İtaliya futbolunun əfsanəsi dünyasını dəyişib

İtaliyalı əfsanəvi futbolçu Salvator Skillaçi 59 yaşında vəfat edib.

Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, Skillaçi artıq bir neçə müddətdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Keçmiş futbolçu 1990-сı ildə Dünya Çempionatında 6 qolla bombardir olmuşdu. İtaliyanın turnirdə 3-cü yeri tutmasında böyük rol oynayan Skillaçi o vaxt "Qızıl ayaqqabı" və "Qızıl top" mükafatlarını qazanmışdı.

Qeyd edək ki, Skillaçi futbolçuluq dönəmində "İnter" və "Yuventus" kimi klubların formasını geyinib.