İtaliya klubu "Beşiktaş"ın hücumçusu ilə maraqlanır

"Beşiktaş"ın xorvatiyalı oyunçusu Ante Rebiç üçün maraqlı bir iddia ortaya atılıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Hellas Verona" klubu Rebiç üçün "Beşiktaşa" rəsmi təklif göndərməyə hazırlaşır.

30 yaşlı futbolçu bu mövsüm "qara qartallar"ın heyətində çıxdığı 23 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Hücumçunun Türkiyə klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.

Qeyd edək ki, Rebiç ötən mövsümün əvvəlində "Milan"dan "Beşiktaş"a keçmişdi.