İtaliya klubuna yeni baş məşqçi təyin olunub

Seria A klublarında "Verona"nın baş məşqçi postuna yeni təyitan gerçəkləşib.

Sportline.az klubun mətbuat xidməti əsasən xəbər verir ki, komanda 41 yaşlı çalışdırıcı Paulo Zanettiyə həvalə olunub.

Daha əvvəl "Empoli" və "Venetsiya" komandalarını çalışdıran italiyalı mütəxəssislə müqavilə 2025-ci ilin yayına kimi imzalanıb.

Zanetti bu vəzifədə Marko Baronini əvəz edib.

Qeyd edək ki, "Verona" ötən mövsümü İtaliya A seriyasının 13-cü pilləsində tamamlamışdı.