İtaliya kubokunda 1/16 final mərhələsi start götürür

İtaliya kubokunun 1/16 final mərhələsində mübarizəyə start verilir.

Sportline.az xəbər verir ki, bu gün 3 qarşılaşma keçiriləcək.

Günün ilk oyununda "Leççe" "Sassuolo"nu qəbul edəcək.(18:00)

İkinci görüşdə "Kalyari" və "Kremonese" komandaları münasibətləri aydınlaşdıracaqlar.(20:30)

Günün daha böyük maraqla gözlənilən oyununda "Torino" "Empoli" ilə qarşılaşacaq.(23:00).

Qeyd edək ki, bu turnirin son qalibi "Yuventus"dur.