İtaliya və İngiltərə seçmələri uzun müddətdən sonra böyük hesabla uduzub

UEFA Millətlər Liqasında IV turunda müvafiq olaraq, Almaniya ilə Macarıstana ev oyunlarında uduzan İtaliya və İngiltərə milli komandaları uzun müddətdən sonra ağır məğlubiyyətlə üzləşiblər.

Sportline.az xəbər verir ki, "Skuadra Adzurra" 1957-ci ildən sonra ilk dəfə ən azı 5 top buraxaraq yenilib. Bu komanda 65 il əvvəl Mərkəzi Avropa Kuboku matçında keçmiş Yuqoslaviyaya uduzub - 1:6. Ötən gün Almaniya ilə görüşdə 2:5 hesablı məğlubiyyət qeydə alınıb.

İngiltərə isə 94 ildən sonra öz meydanında uğursuzluğa düçar olub. Sonuncu dəfə 1928-ci ildə "Uembli" stadionunda Şotlandiya yığmasına 1:5 hesabı ilə yenilmiş "Dumanlı Albion" təmsilçisi yenidən 4 top fərqi ilə uduzub.