İtaliyalı mütəxəssis İran millisindən imtina edib
Moskva "Spartak"ının sabiq çalışdırıcısı Massimo Karrera İran millisinin təklifindən imtina edib.
Sportline.az xəbər verir ki, bunu italiyalı mütəxəssis özü Yutubdakı "Komment Şou"ya açıqlayıb.
Hazırda "Askoli"nin baş məşçisi olan Karrera bununla bağlı maraqlı fikirlər səsləndirib: "İran millisinin çalışdırmaq təklifi almışdım. Onların xatirinə dəymək istəmirəm, amma, İran məni cəlb edəcək futbol mədəniyyətinə mallik deyil".
Qeyd edək ki, Massimo Karrera 2016-2017 mövsümündə "Spartak"a Rusiya çempionluğunu qazandırıb.