Jiru Fransa millisi ilə vidalaşıb
Fransalı hücumçu Olivye Jiru millidəki karyerasını sonlandırdığını açıqlayıb.
Sportline.az xəbər verir ki, 37 yaşlı futbolçu sosial media hesabında etdiyi paylaşımda bu sözləri yazıb.
"13 il boyunca xidmət etdiyim Fransa millisi həmişə mənim qəlbimdə olacaq. Bu ən gözəl qürur və xatirədir".
Qeyd edək ki, təcrübəli hücumçu klub karyerasını ABŞ-nin "Los-Anceles" komandasında davam etdirəcək.