Jose Mourinyo Xorvatiya milli komandasının düşərgəsini ziyarət edib
"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo Portuqaliya - Xorvatiya matçı öncəsi Xorvatiya Milli Komandasının Portuqaliyadakı düşərgəsini ziyarət edib.
Sportline.az xəbər verir ki, keçmiş futbolçusu Luka Modriçlə uzun müddət söhbət edən Mourinyo "Fənərbağça"nın qapıçısı Dominik Livakoviç, "Mançester Siti"nin futbolçusu Mateo Kovaçiç və Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçlə də görüşüb.
61 yaşlı çalışdırıcı sosial media hesabından şəkil paylaşaraq altında "Biri mənim üçün oynadı, biri oynayacaq, birinin isə mənim üçün oynamağını çox istərdim" ifadələrini işlədib.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis ötən günlərdə "Fənərbağça" klubu ilə 2 illik müqavilə imzalayıb.