Joze Mourinyo "Fənərbağça" ilə 2 illik müqavilə imzalayıb

Məşhur portuqaliyalı baş məşqçi Joze Mourinyo Türkiyənin "Fənərbağça" klubu ilə 2 illik  müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, 2026-cı ilin iyun ayına qədər qüvvədə olan müqavilə bu gün, səhər saatlarında imzalanıb.

Mourinyonun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub.

Qeyd edək ki, təcrübəli mütəxəssislə "Mançester Yunayted" və Saudiyyə Ərəbistanı klubları da maraqlanırdı.