Kapello tiki-takanı tənqid etdi

İtaliyalı məşhur futbol mütəxəssisi Fabio Kapello İspaniyanın oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, ispanlarının hazırda nümayiş etdirdiyi oyunun daha baxımlı olduğunu vurğulayıb.

"İspaniya həmişə özünün sürətli və dəqiq oyunu ilə seçilib. Nəhayət ki, onlar darıxdırıcı tiki-takadan əl çəkib, yeni nəsə fikriləşdilər. Mənə bu komandanın aqressiv hücum futbolunu izləmək daha xoşdur", - deyə Kapello AS nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, İki oyundan 6 xal toplayan İspaniya millisi B qrupunun lideridir. 

İtaliyann aktivində 4 xal var.