Karate federasiyasına yeni prezident seçildi
Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib.
Sportline.az xəbər verir ki, tədbirdə əvvəlcə federasiyanın mərhum prezidenti Talıb Berziqiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra federasiyanın vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Yuri Mustafayev qurumun son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edərək gələcəkdə qarşıda duran məsələlərlə əlaqədar qısa məlumat verib.
Daha sonra federasiyanın yeni prezidenti vəzifəsinə 6-cı dan qara kəmər sahibi Rafael Bunyatovun namizədliyi irəli sürülüb. Seçki nəticəsində o, qurumun yeni prezidenti olub.
Yığıncaqda, həmçinin, 7-ci dan qara kəmər sahibi Yuri Mustafayev, 5-ci dan qara kəmər sahibi, professor Ənvər Həzərxanov və 5-ci dan qara kəmər sahibi Vəliyulla Bunyatov federasiyanın vitse-prezidentləri, 5-ci dan qara kəmər sahibi Yuliya Mustafayeva isə federasiyanın baş katibi seçiliblər.
Tədbirdə federasiyanın aparıcı məşqçiləri və tanınmış idmançıları iştirak ediblər.