Karpin AVRO:2024-də favoritini açıqladı

Rusiya millisinin baş məşqçisi Valeri Karpin AVRO:2024-lə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis championat.com-a müsahibəsində daha çox Serbiya və İspaniya komandalarına azarkeşlik edəcəyini bildirib.

Favoritlərə gəlincə, Karpin Fransa, İspaniya, Portuqaliya və Almaniya millilərini daha şanslı saydığını vurğulayıb. 

Xatırladaq ki, Almaniyanın 10 şəhərində keçiriləcək Avropa çempionatına iyunun 14-də start veriləcək.