Karpin ən yaxşı futbolçunun adını çəkib
Rusiya millisinin və "Rostov"un baş məşqçisi Valeriy Karpin "Dinamo"nun hücumçusu Konstantin Tyukavini Rusiya Premyer Liqasının ən yaxşı futbolçusu adlandırıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis RB Sport-a verdiyi müsahibədə bu fikiləri səsləndirib.
"İki ayda nəyi yaxşılaşdırdığını deyə bilmərəm, amma irəliləyiş var. Bəlkə də onu Rusiya Premyer Liqasının ən yaxşı futbolçusu adlandıra bilərəm. Mükafatlandırmada səsimi ona vermişəmsə, deməli liqanın ən yaxşısı adlandıra bilərəm" deyə Karpin açıqlamasında bildirib.
Qeyd edək ki, 21 yaşlı hücumçu bu mövsüm "Dinamo" ilə liqada çıxdığı 30 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.