“Kəpəz”dən daha bir transfer
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadənn xəbər verir ki, klub icarə əsasında Samir Məhərrəmlini heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
"Sabah"a məxsus olan futbolçu U-21 millimizin də şərəfini qoruyub.
Qeyd edək ki, "Kəpəz" daha əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimovu sıralarına cəlb edib.