"Kəpəz" Gürcüstan millisinin sabiq üzvünü transfer edib
"Kəpəz" gürcüstanlı futbolçu Giorgi Kantariyanı heyətinə qatıb.
Klubdan Sportline.az saytına verilən məlumata görə, 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Kantariyanın son klubu vətənində "Telavi" olub. O, Gürcüstan U-21 millisində də çıxış edib.