"Kəpəz" legionerlə iki illik müqavilə imzaladı

“Kəpəz” futbolçusu Dioqo Verdaska ilə müqaviləsinin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalandığı bildirilir.

Verdaska bu mövsüm Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb.

Qeyd edək ki, o, 2024/2025 mövsümündən “Kəpəz”in formasını geyinir.