"Kəpəz" onlarla vidalaşdı

2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Kəpəz” klubu altı futbolçu ilə başa çatan müqaviləni yeniləməyib.

Sportline.az xəbər verir ki, bunlar Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovdur.

Futbolçuların hər birinə gələcək karyeralarında uğurlar arzulanıb.