"Qarabağ"ın futbolçusu "Kəpəz"də
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi "Qarabağ"ın yarımmüdafiəçisi Zamiq Əliyevi icarəyə götürüb.
21 yaşlı oyunçunun icarə müddəti bir illikdir.
Qeyd edək ki, Zamiq Əliyev Azərbaycanın U-21 millisinin üzvüdür.